Türkiyənin Tuzla şəhərində yerləşən gəmi tərsanəsində partlayış baş verib. JAMAZ.İNFO xəbər verir ki, partlayışa səbəb tərsanədə təmirə dayanmış gəmidə təbii qazın sıxılması olub.
İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb. Əraziyə xeyli sayda xilasedici cəlb olunub.
Xatırladaq ki, Tuzla tərsanəsində Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali” Şirkətlər Qrupunun gəmiləri inşa edilir və təmir olunular. Gümanlardan biri budur ki, partlayış baş verən gəmi də sözügedən şirkətə məxsusudur.