ManşetÖlkə içi

Tovmasyan Bakını təhdid edir: “Tankı traktorla, avtomatı kürəklə əvəz edə bilərik”

Qarabağda bir qrup qotur separatçı Bakını təhdid etməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bir müddət əvvəl baş separatçı Arayik Harutyunyan bir həftə vaxt verərək, sərt addımlar atacaqlarını bildirmişdi.

Bu gün isə özünü Qarabağda qondarma “parlamentin spikeri” kimi təqdim edən Artur Tovmasyan başından yekə danışaraq, Azərbaycanı təhdid etməyə çalışıb.

Qeyd edək ki, bu gün qondarma “deputat”lar yığışaraq, BMT-yə müraciət ediblər. Ənənəvi olaraq erməni yalanları ilə dolu müraciətdə yazılır ki, guya, Qarabağda yaşayan əhali “acından ölür”, “əsir düşərgəsində yaşayır” və “hər an soyqırıma məruz qala bilər”. Maraqlıdır ki, müraciət etdikləri BMT onlara hansı cavabı verəcək? Aclarından ölürlərsə, Bakının konkret təklifi var: Ağdamdan Xankəndinə nə qədər istəsələr ərzaq, dərman və digər lazım olanları göndərməyə hazırıq. Deməli, məsələ aclıq və ya humanitar problem deyil. Bunların dərdi ayrılmaq, “dövlət” olmaq və bizim torpaqlarda bizə problem yaşatmaqdır.

İndi isə keçək Tovmasyanın sərsəmləməsinə. O deyir ki, Azərbaycan çoxmillətli ölkədir. “Biz min illərdir yan-yana yaşamışıq. Bu gün də biz qonşularımızla “bərabərə bərabər” prinsipi ilə yaşamağa hazırıq. Yalnız bu halda tankı traktorla, avtomatı kürəklə əvəz edəcəyik”.

P.S. Bu qoduğa deyən lazımdır ki, tankı traktorla, avtomatı kürəklə əvəz etməyib, nə qələt dartacaqsız? Nə edəcəksiz? Müharibə? Buyurun. 44 günlük müharibə sizə hələ də dərs olmayıb?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button