ManşetSiyasət

Toivo Klaar: “Ermənistan Azərbaycan kəndlərini qaytarmalıdır”

“Hesab edirəm ki, Ermənistanda da konkret kəndlər və onların statusu ilə bağlı fikirlər var. Delimitasiya prosesində bu kimi məsələlər istər-istəməz öz həllini tapmalıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Qazax və Naxçıvandakı kəndlərimizin Ermənistandan tələb etməsi məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Şərqi Zəngəzurla Naxçıvan arasında nəqliyyat əlaqəsinin də bərpası lazımlıdır. “O ki qaldı Azərbaycanla Naxçıvan arasında tranzit marşrutları və xüsusən də tranzit əlaqəsi məsələsinə, əgər belə marşrut və ya dəmir yolu Ermənistan ərazisindən keçəcəksə, o zaman onlar Ermənistanın qanun və qaydalarına uyğun təşkil olunmalıdır. Belə bir həllin olması da təbiidir”.

O, tərəflərin xoş niyyəti ilə irəliləyişin və nəzərəçarpacaq nəticələrin qeydə alınacağına ümid etdiyini bildirib. “Azərbaycandan Naxçıvana Ermənistan üzərindən, Naxçıvandan isə Gümrü və Qarsa dəmir yolu çəkilərsə, bu, təkcə Azərbaycanın deyil, həm də Ermənistanın maraqlarına cavab verir”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button