GündəmManşet

Tex kəndinin rəhbəri: “Azərbaycan hərbçilərini ərazidən silahla çıxaracağıq”

Martın 29-da Azərbaycan Ordusu Ermənistanla sərhəddə çıxaraq, dövlət sərhəddimizin daha bir hissəsini bərpa edib. Həmin vaxtdan etibarən Ermənistanın Tex (Dığ) kəndi yaxınlığında mövqe tutan Ordumuz, mühəndis-istehkam işləri görür.

Qeyd edək ki, həmin vaxtdan sonra ermənilər sərhəddimizdə təxribata da əl atıblar. Bu zaman 3 hərbçimiz Şəhid olub. Bu hadisədən sonra bir qədər sakitləşən ermənilər, son günlər yenidən revanş həvəsinə düşüblər. JAMAZ.İNFO xəbər verir ki, Aravus icmasının keçmiş rəhbəri Arqam Hovsepyan vəziyyətlərinin ağır olduğunu, Azərbaycan Ordusunun kəndin əsas əkin sahələrini nəzarətinə aldığını qeyd edib. O bildirib ki, belə davam edərsə, onların həmin ərazilərdən Azərbaycan Ordusunu çıxarmaqdan başqa çarələri qalmayacaq. “Kəndlilərin dolanışığı üçün heç bir şərait yoxdur. Ümid edirik ki, azərbaycanlıları geri çəkəcəyik. Başqa yol yoxdur, biz belə yaşaya bilmərik. Bu mümkün də deyil. Düzünü desəm, mən ümid etmirəm ki, onları diplomatik yolla ərazidən çıxarılacaqlar. Amma ümid edirəm ki, biz onları silahla başa salıb, oradan çıxaracağıq”.

P.S. Yenə qaşınırlar, üstəlik, təxribat hazırlığı içindədirlər. Hər dəfə belə arzuları olur və hər dəfəsində də ağızlarının üstündən yaxşıca şapalaq dəydiyindən, bir qədər sakitləşirlər. Görünür, Azərbaycan Əsgərinin növbəti şapalağının arzusundadırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button