ManşetSosial

Tərtər Yaşıllaşdırma İdarəsinin işçilərinin maaşlarından kəsirlər: 374 manat əvəzinə, 328 manat verirlər- İDDİA  

Tərtər rayonunda Yaşıllaşdırma İdarəsində çalışanların əmək haqlarının kəsilməsinə dair iddialar var. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həmin məlumatda deyilir ki, Yaşıllaşdırma İdarəsində çalışan işçilərin aylıq əmək haqlarının məbləği 374 manat olsa da, onlar faktiki olaraq 328 manat maaş alırlar. Bununla bağlı qeyd edilir ki, belə bir göstəriş Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov tərəfindən verilib.

Həmin iddiaya görə, icra baqşçısı işçilərin maaşlarının 46 manatını özünə götürür.

Məsələ ilə bağlı Tərtər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq istəsək də, bizə cavab verən olmadı. Qaraşı tərəfi də dinləməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button