“Türkiyənin Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyi Rusiya ilə Türkiyə arasındakı münasibətlərə elə də ciddi təsir etmir”. JAMAZ.İNFO xəbər verir ki, bunu İMEMO RAN-ın postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin deyib.
O bildirib ki, Türkiyə Azərbaycanı öz müttəfiqi olaraq dəstəkləyir. “Lakin Türkiyənin bu yardım vasitəsi ilə Azərbaycanda hərbi mövcudluğa nail olmaq cəhdləri də göz qabağındadır. Hərbi təlimlər keçirmək, Azərbaycan ərazisinə türk hərbi kontingentinin yerləşdirilməsinə nail olmaq bu qəbildən olanlardır. Ümumiyyətlə, bütün bunlar Azərbaycanın öz maraqlarına uyğun deyil, ona görə də burada olduqca mürəkkəb bir oyun oynanılır”.
Pritçin qeyd edir ki, Bakının balanslaşdırılmış xarici siyasəti var. “Sadəcə, Qarabağ məsələsinin həlli üçün Ankara ilə daha da yaxınlaşmaq tələb olunurdu. İndi də Azərbaycan öz ərazisində türk ordusunun yerləşdirilməsi də daxil olmaqla qərar qəbul etmədə müstəqilliyini qorumağa çalışır”.
O hesab edir ki, bu gün Rusiya ilə əməkdaşlıq Türkiyənin müəyyən bir tarazlığı olaraq görülür. “Ona görə də buradakı mənzərə, Türkiyənin Azərbaycanla qarşılıqlı əlaqəsi prizmasından Türkiyə-Rusiya münasibətlərinə baxdığınızdan daha genişdir. Rusiya ilə Azərbaycan arasında da bir çox cəhətdən çox sıx əlaqələr var”.