Cəmiyyət

Ramin Hacılının anası Prezidentə müraciət etdi

Azərbaycan Avropa Hərəkatının həbsdə olan sədri Ramin Hacılının anası Hürü Hacıyeva Prezident İlham Əliyevə müraciət edib. JAMAZ.info xəbər verir ki, eyni məzmunlu müraciət Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin Hüquq-mühafizə orqanları ilə iş üzrə  köməkçisi Fuad Ələsgərova və Baş prokuror Kamran Əliyevə də ünvznlznıb.

Hürü Hacıyevanın həmin müraciətini təqdim edirik:

“Çox hörmətli möhtərəm Prezident və  Mehriban xanım!

Mən Ramin Hacılının anasıyam. Oğlum hazırda həbsdədir. Onu nəyin üstündə həbs ediblər bilmirəm. Ancaq onu bilirəm ki, Ramin heç vaxt dövlətinə, insanlara və vətəninə zərər verəcək iş tutmaz. Buna adım kimi əminəm.

Hörmətli Mehriban xanım, Ramin uşaq olanda biz Füzuli rayonundan qaçqın düşdük. Həmin əzablı illərdə mən və atası ağır xəstələndik. Mən asma xəstəsi, atası xərçəng oldu. Həmin vaxt 11 yaşı olan Ramin biz və özündən 2 yaş balaca qardaşına baxmaq üçün işləməyə başladı. Eyni vaxtda o dərslərini də yaxşı oxuyurdu. Mənim uşağım vaqonda böyüyüb, doyunca uşaqlıq yaşaya bilməyib. Bu azmış kimi 10 ildən çox yataq  xəstəsi olan atası dünyasını dəyişəndə Ramin çox böyük sartıntı keçirdi. Həmin vaxt əmisini, 9 yaşlı bibisi oğlunu, nənəsini itirən övladlarım nə acılar yaşadı bunu dillə ifadə etmək imkansızdır. Həyatı həmişə əzablar içində olan övladımın nə evi, nə maşını, nə mülki yoxdur. 2014-cü ildə ailə həyatı qursa da hələ də kirayələrdə yaşayır. Ramin ailəsinə baxmaq üçün bütün günü işləyirdi. 2018-ci ildə işləri birdən pisləşdi və həbs olundu. Çoxlu borcu yaranmışdı. Cənab Prezidentimizin göstərişi ilə 2019-cu ildə azadlığa çıxdı. Qardaşının, dostlarının, qohumlarının, yaxşı insanların sayəsində borcunun bir hissəsini qaytardı. Bütün günü işləyirdi.arada yazığım gəldiyindən biraz dincəl deyirdim. Həmişə cavab verirdi  ki, “ana dövlət mənə şans verib özümü doğrultmalıyam”. Beləcə borclarını tam ödəyib qurtarmaq üzrə idiki onu yenə köhnə işinə görə və müxtəlif bəhanələrlə  həbs etdilər. İşi ilə tanış olan vəkilinin sözlərinə əsaslanaraq deyirəm müxtəlif bəhanələr. Ancaq 5-6 il əvvəlki işə görə Raminin yenidən üçüncü dəfə istintaqa cəlb edilməsinə heç bir ad verə bilmirəm.

Əziz Mehriban xanım!

Ona görə deyirəm və əminəm ki, Ramin heç vaxt dövlətinə və insanlara məqsədli şəkildə ziyan vurmaz, onu çox yaxşı tanıyıram. Bəlkə 10 dəfə o kimisə evə gətirib ki, “ana bu uşaq evsizdir, kirayə tapanacan səninlə qalsın”. Onun dostları, tanışları mənə Raminin etdiyi o qədər yaxşılığı danışıblar, danışırlar ki, elə bilirəm oğlum rəhmətə gedib. Bir ana kimi məni başa düşəcəyinizə əmin olduğum üçün sizə bu müraciəti edirəm. Siz də anasız, övladlarınız da xeyirxahdır, özünüz də. Ramin tutulan gün bizə əvvəl xəbər göndərmişdir ki, “pişikləri həyətə buraxmışam, onları evə salın və yaxşı baxın”. O balaca pişiklərin anasını maşın vurmuşdu, Ramin də balalarını gətirib evə saxlayırdı. Necə ki, sizin də övladlarınız humanist və xeyirxahdı, buna görə də onlarla fəxr edirsiniz, istərdim Raminlə də fəxr edəsiniz. Axı analar bütün balalrına qarşı rəhmli olur,  onları qorumağa çalışır. Siz qazilərimizlə görüşdə doluxsunmuşdunuz. Şəhid ailələrinə, köməyə ehtiyacı olanlara necə qayğı göstərdiyinizi hər kəs bilir. Bunu bildiyim üçün sizdən xaiş edirəm mənə kömək edin. Raminin gözləri çox zəifdir. Həkimi axırıncı dəfə demişdir ki, göz kanalları tutulur, dərman da yazmışdı. İndi dörd divar arasında gözləri çox zəifləyəcək deyə çox narahatam. Sizdən xahiş edirəm mənim həbsxana yollarımda qalmağıma, Raminin məhv olmasına imkan verməyin”.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button