ManşetSosial

Şirvanda əlillərə görün nə hədiyyə olunub?- BİABIRÇILIQ – FOTO

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilləri əvvəlcə yola salırdı, indi də ələ salmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, nazirliyin  yerli qurumlarının Əlillər Günü münasibəti ilə keçirdikləri tədbirin iştirakçılarına elə “hədiyyələr” veriblər ki…

Siyasi fəal Rəbiyyə Məmmədova özünün Facebook hesabında yazıb ki, Şİrvan şəhərində 3 Dekabr – Beynəlxalq Əliliyi olan İnsanlar Gününə həsr olunmuş tədbir keçirilib. “Tədbirin sonunda əlilliyi olan şəxsə hədiyyə olaraq lato oyunu verilib. Çox faydalı hədiyyədir, təltif olunanın işinə yarayacağına tam əminəm.Tədbirin diplomunda iki qurumun – Şirvan Reabilitasiya Mərkəzinin və Gənclər və İdman Nazirliyinin adı var”.

Qeyd edək ki, bu açıq-aşkar əlillərə olan hörmətsizlikdir. Bu onları ələ salmaq, hörmətsizlik, onlara cəmiyyətin bir üzvü olmadıqlarını demək və etməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button