Günlərdir ATA İttifaqının Türkiyədə keçiriləcək prezident seçkilərində hansı nazmizədi dəstəkləyəcəyi ilə bağlı müzakirələrə bu gün son qoyulub. JAMAZ.İNFO xəbər verir ki, ATA İttifaqının seçkilərdəki namizədi Sinan Oğan az öncə dəstəkləyəcəkləri namizədin adını açıqlayıb.
O bildirib ki, Kamal Kılıcdaroğlunun rəhbərlik etdiyi Millət İttifaqı ilə danışıqlarında nəticə əldə edə bilməyiblər. “Millət İttifaqı bizi inandıra bilmədi. Gətirdikləri arqumentləri də yetərli hesab etmədik”.
O vurğulayıb ki, mayın 28-də keçiriləcək seçkilərin ikinci turunda prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəklər. “Apardığımız bütün müzakirələrdən, bizə çatdırılan mesajlardan dolayı yekun qərarımız budur ki, ikinci turda Cumhur İttifaqının namizədi Ərdoğanı dəstəkləyəcəyik”.