GündəmManşet

Serj Sarkisyan: “Müharibənin 4-5-ci günü “İsgəndər”dən istifadə olunmalıydı”  

“Bəli, biz “İsgəndər” raketindən istifadə etmişik. Bu barədə mətbuatda da yazılıb, məndə də dəqiq məlumatlar var. Sadəcə, “İsgəndər”dən çox gec istifadə olundu. Müharibənin sonlarına doğru Şuşa istiqamətində atıldı”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın keçmiş prezidenti, Xocalı soyqrımının əsas fiqurlarından biri olan Serj Sarkisyana məxsusdur.

Sarkisyan deyib ki, Ermənistanın hazırkı rəhbərliyi Qarabağ müharibəsində ciddi səhvlərə yol veriblər. Onlardan biri kimi də “İsgəndər” raketlərindən vaxtında istifadə etməmələrini misal çəkib. “İsgəndər” raketlərindən hələ müharibənin 4-5 günündə istifadə edilməliydi. Həmin vaxt Azərbaycan Horadiz istiqamətində çox böyük ordu və hərbi texnika yığmışdı. “İsgəndər” məhz belə vəziyyətlər üçün lazımdır”.

Müsahibəsində Sarkisyan Ermənistan tərəfindən Gəncə şəhərinəraket zərbələrinin endirilməsini axmaqlıq adlandırıb. “Yadınızdadırsa, hansısa axmaq dedi ki, Gəncə aeroportunun vurulması əmrini o verib. Bu reallıqdır. Həqiqətən də Gəncə raket atəşinə tutulmuşdu. Özü də insanların yaşadığı məhəlləni raket atəşinə tutmuşdular. Bu ən böyük axmaqlıq idi. Mən belə adamların hərəkətlərini başa düşmürəm”.

P.S. Gəncədə mülki insanların məhv edilməsi üçün ermənilərin raket atmasını “axmaqlıq” adlandıran o şəxsdir ki, Xocalıda 613 mülki insanımızı, uşaq, qadın, yaşlı demədən qətlə yetirib. Sarkisyan nə zaman vicdana gəldi də, Gəncədəki mülki insanlarımızın qətl edilməsini “axmaqlıq” hesab edir? Təbii ki, istər Sarkisyan, istər Manukyan, istərsə də Köçəryan üçün vacib olan siyasi maraqlarıdır və mümkün qədər baş nazir Nikol Paşinyanı gözdən salmaq, onu devirmək üçün çalışırlar. Və bunun fonunda özlərini “vicdanlı”, “humanist”, “insansevər”, “mülki insanların qayğıkeşi” kimi göstərmələri isə riyakarlıq, əclaflıq və şərəfsizliyin ən böyüyüdür.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button