AraşdırmaManşet

Separatçılarla Paşinyan hökuməti arasına savaş başladı: qondarma “hökumət”in 3.1 milyardlıq “büdcəsi” donduruldu

Bir müddət əvvəl Xankəndidən qaçaraq, Irəvana sığınan erməni separatçıları ilə Ermənistan hökuməti arasında münasibətlər gərginləşməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, tərəflər arasında münaqişənin mənbəyi maaşla bağlıdır.

Belə ki, separatçıların rəhbəri Samvel Şahramanyan bir neçə gün əvvəl keçirdiyi yığıncaqda Paşinyan hökumətini tənqid edərək, onları maliyyə yardımını dayandırmaqda qınamışdı. Bundan başqa, Şahramanyan Paşinyan hökumətinin siyasi fəaliyyəti ilə də bağlı tənqid etmişdi.

Həmin yığıncaqdan sonra İrəvan hökuməti separatçılara ayrılan pulları kəsdiyini açıqlamaqla yanaşı, həm də onlara məxsus iki “strukturu” ləğv edib.

“Hraparak” qəzetinin yaydığı son məlumata görə, Ermənistan hakimiyyəti ilə Qarabağdan qaçmış separatçılar arasında səssiz münaqişə maaşların verilməməsi səbəbindən partlayışa səbəb ola bilər. Qəzet yazır ki, artıq bir neçə gündür ki, rəsmi KİV-lər separatçılara qarşı kampaniyaya başlayıblar. “Onlar büdcəni talayıblar, pul yoxdur, ona görə də Qarabağ camaatı maaş almır. Bu hücum o qədər güclüdür ki, dünən Qarabağın informasiya qərargahı elan etdi ki, Qarabağın büdcəsində hələ də dondurulmuş 3,1 milyard dramlıq qalıq var. Onlar səbəb kimi, Ermənistan tərəfinin həmin pulu dondurmasını göstəriblər”.

“Hraparak” bildirir ki, sentyabr üçün pullar köçürülüb, lakin sonradan dondurulub. Qəzet bildirir ki, separatçılara verilən “əmək haqqı” fondunun aylıq məbləği 4-4,1 milyard dram təşkil edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button