ManşetÖlkə içi

Separatçılardan sarsaq hərəkət: 15 Azərbaycan əsgərini “axtarışa” veriblər

Azərbaycan tərəfinin qatı hərbi cinayətkar, Xocalı rayonunun Meşəli kəndində dinc əhaliyə divan tutan və onlardan 25 nəfərinin qətlə yetirilməsində iştirak edən Vaqif Xaçatryanı həbs etməsi Qarabağdakı separatçıları ciddi şəkildə narahat edib. JAMAZ.İNFO xəbər verir ki, artıq Xankəndidəki separatçılar Ermənistana necə keçəcəklərinin yollarını axtarırlar.

Bildirək ki, Qarabağdakı separatçılar bununla bağlı bölgədə müvəqqəti yerləşmiş Rusiya sülhməramlı missiyası ilə bununla bağlı aktiv danışıq aparırlar. JAMAZ.İNFO erməni mənbələrə istinadən xəbər verir ki, bununla bağlı aparılan danışıqlar uğurlu alınmayıb. Dünən keçirilən görüşdə razılıq əldə olunmayıb. Belə ki, ruslar indiki şəraitdə separatçılara hər hansı köməklik göstərə bilməyəcəklərini bildiriblər.

Bu əsnada, Qarabağdakı separatçılar da ağıllarıyca Azərbaycanı “təhdid” etdiklərini düşünərək, siyahı yayıblar. “Fakt” qəzetinə ötürülən həmin məlumatda qeyd edilir ki, guya, Azərbaycan Ordusunun əsgərləri 1992-ci ildə Ağdərə qəsəbəsinin Kiçan (Azərbaycan dilində adını dəqiqləşdirməyə çalışırıq-red.) kəndində “qətliam” törədiblər. Onların yalanına görə, guya, həmin hadisə zamanı 15 Azərbaycan əsgəri onlarla ermənini “qətlə” yetirib. Onların hətta axtarışda olduğu bildirilir.

Qeyd edək ki, separatçıların yaydığı siyahısında Ağayev Nizami Umut oğlu, Dostuyev Akif, Fərzəlin Fərziyev Ərşah oğlu, Fərzəlin Natik Musa oğlu, Fərzəlin Samand Ərşah oğlu, Həsənov Marif Allahverdi oğlu, Quliyev Nazim Sərş oğlu, Quliyev Şahnəzir, Verdi Allahverdi oğlu, Quliyev Vahid Sarş oğlu, Elçiyev Elxan Şahverdi oğlu, Gesinov Cahangir Qazir oğlu, Ağayev Faris Fərrux oğlu, Məmmədov Şahlar Svaz oğlu və Musayev Vasif İbrahim oğlunun adları qeyd edilib.

Separatçılar bildiriblər ki, yaxın günlərdə digər Azərbaycan hərbçilərinin də adlarını açıqlayacaqlar.

P.S. Dünyanın bir çox ağır dərdləri var. Onlardan biri də sarsaqlıq və axmaqlıqdır. Separatçılar bununla düşünürlər ki, guya, hansısa gündəm yaradacaq və ya beynəlxalq təşkilatları inandıra biləcəklər ki, guya, Azərbaycan tərəfi Qarabağda qətliam həyata keçirib. Amma bu sarsaqlar hələ də anlamır ki, beynəlxalq təşkilatlar artıq kimin kim olduğunu yaxşı bilirlər. Onlar yaxşı bilirlər ki, Xocalıda, Qaradağlıda, Ağdabanda, Meşəlidə qətliam və soyqırımı ermənilər həyata keçirib. Bununla bağlı Azərbaycanın yetərli qədər dəli və sübutu var.

P.P.S. Separatçılar ürəklərini buz kimi saxlasınlar. Yaxın vaxtlarda Vaqif Xaçatryandan sonra digər qatilləri də Azərbaycan tərəfi həbs edib, ədalət məhkəməsi qarşısına çıxaracaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button