“BMT reaksiya verməlidir, əks halda Qarabağ “xalqı” öz hüquqlarını qorumaq üçün əlində olan bütün vasitələrdən istifadə etməli olacaq”.
JAMAZ.İNFO xəbər verir ki, bu hədyanla Qarabağdakı separatçıların nümayəndəsi, “hərşeyşünas nazir” kimi ad çıxarmış Artak Beqlaryan çıxış edib. O deyib ki, erməni cəmiyyəti Qarabağ məsələsinə çox laqeyd yanaşır:
“Erməni cəmiyyətində dərin laqeydlik, acizlik hissi görürəm. Buna Qarabağın dəyərdən düşməsi də deyə bilərəm. Bu gün Qarabağın dəyərini dərk etməmək problemi görürəm”.