ManşetÖlkə içi

Separatçılar Yevlax görüşünə qarşı çıxırlar

Məlum olduğu kimi, bu gün Yevlax şəhərində Azərbaycan hökuməti ilə Qarabağda yaşayan etnik ermənilərin nümayəndələri arasında görüş keçiriləcəyi barədə xəbər yayılıb. Trend Agentliyinin yaydığı xəbərdə deyilir ki, görüş xarici ölkələrin nümayəndələrinin iştirakı olmadan baş tutacaq.

JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçıların bu görüşə qatılacağı barədə dəqiq məlumat yoxdur. Çünki ard-arda iki ziddiyyətli xəbər yayılıb. Həmin xəbərlərdən birini Qarabağdakı qondarma “xin” yayıb və onlar şərt dili ilə danışıblar. Separatçılar bildiriblər ki, görüş üçün hər iki tərəf hazır olmalıdır. Üstəlik, həmin görüş üçün beynəlxalq zəmanət istədiklərini bildiriblər.

Qarabağakı erməni separatçılarının nümayəndəsi Davit Babayan Azərbaycan tərəfi ilə mümkün görüşün doğru olduğunu desə də, buna qarşı olduğunu vurğulayıb. JAMAZ.İNFO xəbər verir ki, Babayan görüşlərin əleyhinə olmadığını söyləyib. “Biz heç vaxt görüşlərin əleyhinə olmamışıq, lakin bu görüşlər özlüyündə son ola bilməz. Hansısa məsələni həll etmək, irəli getmək üçün niyə görüş keçirilir? Görüş xatirinə görüş baş tuta bilməz, bu, anormal bir hadisədir”.

O bildirib ki, erməni tərəfi Azərbaycanla vasitəçisiz görüşməyin də əleyhinə deyil. “Bu, format məsələsidir. Məsələn, Bakı deyir ki, görüşün Azərbaycandaxili dialoq kimi keçirilməsi bizim üçün məqbuldur. Bunlar normal danışıqlar olacaqsa, deməli, bunun uyğun forması, yeri var. Əksər hallarda danışıqlar aparmaqdansa, danışmamaq daha yaxşıdır. Çünki bundan sonra daha mürəkkəb vəziyyətin yaranma ehtimalı yüksəkdir. İndi təsəvvür edin ki, biz iclasda Azərbaycan formatında iştirak etməyə razılaşırıq və bu, uğursuzluqla nəticələnsə, bunun nəticələri daha pis olacaq, o cümlədən Azərbaycan ultimatumları formasında. Hazırda isə danışıq deyilən bir şey yoxdur, sadəcə görüş xatirinə olan görüş var”.

Babayan sonda onu da deyib ki, Qarabağ heç bir şəkildə Azərbaycandaxili danışıqlarda iştirak edə bilməz.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button