ManşetÖlkə içi

Separatçılar qorxu içində: İşxanyan “vəziyyət ağırdır”, Kərəmyan isə “gücümüz yoxdur” deyir

Qarabağdakı quldur dəstəsi bu gün bir araya gələrək, özlərinə dəstəbaşı seçmək üçün hazırlıq görürlər. JAMAZ.İNFO xəbər verir ki, dünən bununla bağlı keçirilən yığıncaqda qərar qəbul olunub.

Lakin separatçılar ciddi təşviş və qorxu içindədirlər. Belə ki, qondarma “parlament”in rəhbəri David İşxanyan keçirdiyi son iclasında deyib ki, durumları 44 günlük müharibədikindən daha ağırdır. “Son 3 ildə bölgədə bu cür hərbi hərəkətlilik müşahidə olunmayıb. Bizim onlara müqavimət göstərə biləcəyimizi dəqiq deyə bilmərəm. Bu barədə Kərəmyan danışsa, daha doğru olar”.

“Joqovurd”un yazdığına görə, iclasda iştirak edən qondarma “müdafiə ordusunun komandanı” Kərəmyan deyib ki, Azərbaycan Ordusuna qarşı müqavimət göstərmək imkanları yoxdur. O bildirib ki, əlavə qüvvə və daimi silah və sursat dəstəyi olmadan uzun müddət döyüşmək mümkün olmayacaq.

Qeyd edək ki, separatçıların rus sülhməramlılarının əli ilə Ermənistandan daşıdıqları silah və sursat ən yaxşı halda onların bir neçə saat dirəniş göstərə biləcəyinə bəs edəcək. Eyni zamanda, onlara lojistik dəstək olsa belə, Azərbaycan Ordusu ilə döyüşmələri imkansızdır. İndi də qorxuya düşərək, nə edəcəklərini bilmirlər.

Bu əsnada, Xankəndidə panika yaşanır. Buna səbəb separatçıların dünən şəhər sakinlərinə evdən çıxmamaq barədə xəbərdarlıq etməsidir. Belə ki, onlar iddia ediblər ki, Azərbaycan PUA-ları Xankəndi üzərində mütəmadi uçuşlar həyata keçirirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button