GündəmManşet

Separatçılar daşnakların rəhbərini “spiker” gətirməyə hazırlaşır

Xəbər verdiyimiz kimi, dünən Qarabağdakı qondarma “parlament”in “spiker”i Artur Tovmasyan istefa verib. JAMAZ.İNFO xəbər verir ki, onun istefasının konkret səbəbləri məlum deyil.

Erməni mediası bu hadisəni Tovmasyanın səhhətində yaranmış problemlə əlaqələndirməyə çalışıblar. Lakin sosial şəbəkələrdə Arturun bu hərəkətini “aradan çıxmaq cəhdi” kimi qeyd edirlər. Onlar yazırlar ki, Tovmasyan Qarabağda artıq hər şeyin bitdiyini görüb, aradan çıxmaq istəyir.

Amma separatçılar “spiker” postunu boş saxlamaq fikrində deyillər. JAMAZ.İNFO “Hraparak”a istinadən xəbər verir ki, yaxın 10 gün ərzində yeni “spiker”in seçilməsi qərarlaşdırılıb. Belə ki, separatçılar Tovmasyanın yerinə qondarma “Daşnaksütun Partiyası”nın rəhbəri Davit İşxanyanı gətirməyi düşünürlər. Hətta bununla bağlı Xankəndidəki separatçılar arasında konsensusun olduğunu da bildirirlər.

P.S. Qrabağdakı separatçılar vəziyyətdən çıxmaq, Azərbaycanın tələblərini yerinə yetirmək və təklifləri qəbul etmək əvəzinə, ən axmaq yolu seçməkdə davam edirlər. Onlar daşnakları başa keçirməklə, Azərbaycana qarşı müqavimət göstərəcəklərini düşünürlər. Halbuki separatçılar bütün dünyanın daşnaklarını Qarabağa yığsalar belə, heç bir şey edə bilməyəcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button