ManşetÖlkə içi

Separatçılar Bakıdan göndərilən humanitar yükü qəbul etməkdən imtian etdilər

Xəbər verildiyi kimi, bu gün Azərbaycan Qırımızı Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə 40 tun un göndərib. JAMAZ.İNFO xəbər verir ki, cəmiyyət bu addımı bölgədə yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması məqəsdi ilə atdığını bəyan edib.

Təşkilatın rəhbəri Novruz Aslan yerli mediaya bildirib ki, həmin yük Ağdama göndərilib və oradan Xankəndinə daşınmalıdır. O, bunun davamı olaraq digər zəruri ərzaq və dərmanların da göndərilə biləcəyini vurğulayıb.

Lakin az öncə separatçılar Bakıdan göndərilən yardımı qəbul etməkdən imtina ediblər. JAMAZ.İNFO xəbər verir ki, Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyanın katibəsi Lusine Avanesyan deyib ki, bu məsələ onlarla razılaşdırılmayıb.”Ona görə də, həmin yükü qəbul etməyəcəyik”.

Avanesyan daha sonra iddia edib ki, Azərbaycan tərəfinin bu addımı guya, mövcud problemlərin dərinləşməsinə yönəlib. “Lakin bu addımlar onları həll etmək deyil. Laçın dəhlizinin açılması prioritet məsələdir. Azərbaycan tərəfi ilə istənilən dialoq ilk növbədə bu məsələ ilə bağlı aparılmalıdır”.

P.S. Azərbaycan tərəfi bu addımı ilə sübut elədi ki, Qarabağda yaşayan ermənilərin heç bir “humanitar” problemi yoxdur və bütün bu oyunların hamısı dünyanın gözünü boyamaq və aldatmaq məqsədi daşıyır. Əgər həqiqətən də ermənilər ac və yalavac idilərsə, o zaman göndərilən unu və digər humanitar yardımları qəbul etməliydilər. Çünki insan həyatından qiymətli heç nə yoxdur. Aydın olan odur ki, Qarabağ ermənilərinin heç bir problemi yoxdur və bu blefə son qoymağın vaxtı çatıb. Bundan sonra Azərbaycan tərəfi Laçındakı Sərhəd Burxaılış Məntəqəsini ikitərəfli bağlamalı, Qarabağda yaşayan ermənilərə konkret vaxt verməlidir. Həmin vaxtdan sonra isə zəruri olan addımlar atmalıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button