ManşetSiyasət

SEPAH-ın baş qərargah rəisi: “Azərbaycanla heç bir problemimiz yoxdur”

SEPAH-ın baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri dünən Culfa şəhərinə gələrək, Azərbaycan sərhəddində xidmət edən hərbçilərlə görüşüb. JAMAZ.İNFO “Fars” Xəbər Agentliyinə istinadən xəbər verir ki, Baqiri bu səfərin sərhəddə vəziyyətlə tanış olmaq üçün nəzərdə tutulduğunu bildirib.

O qeyd edib ki, Azərbaycanla sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemləri yoxdur. “Biz qonşu dövlətlərlə mehriban qonşuluq və əlaqələrin inkişaf etdirilməsi prinsipinisadiqik. Əlhəmdülillah, Azərbaycanla əlaqələrimiz inkişaf edir və sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. İki ölkə arasında iqtisadi əlaqələr günü-gündən inkişaf edir və dərinləşir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button