GündəmManşet

Samvel Babayandan məntiqsiz təklilfər: Azərbaycanın ərazisi ilə bağlı BMT-yə müraciət

Separatçılar arasında yaranmış durum artıq fikir ayrılığı mərhələsindən keçərək, qarşılıqlı ittiham və toqquşma mərhələsinə qədəm qoymağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, dünən Xankəndidə keçirilən mitinqdən bir qrup erməninin ayrılması isə qarşılıqlı ittihamları daha da artırıb.

Qeyd edək ki, erməni mediası da Xankəndidə ikitirəliyin yarandığını yazıb. Onlar bu prosesdə qondarma “təhlükəsizlik şurası katibi” Samvel Babayanı ittiham edirlər. Erməni mətbuatı yazır ki, Babayan Bakı ilə danışıqların tərəfdarı olmaqla yanaşı, həm də ərzaq təminatının Azərbaycanın həyata keçirməsinə etiraz etmir. Bu gün isə Babayan Qarabağdakı vəziyyətdən çıxmaq üçün təkliflər verib.

JAMAZ.İNFO xəbər verir ki, separatçı bildirib ki, hazırda mübarizə imitasiyasından əl çəkməyi və praktik müstəviyə keçməyi təklif edir. Bundan başqa, onun daha bir neçə təklifi də var. Həmin təkliflərdən biri qarşılıqlı etimad mühiti yaratmaq üçün Xankəndi-Bakı dialoqunun təşkilidir. “Təklif edirəm ki, Qarabağda beynəlxalq zəmanətli sülhməramlı mandatın təmin edilməsi üçün BMT-yə müraciət etmək lazımdır. Həmçinin Azərbaycanın BMT-yə qəbul edildiyi ərazidə üzvlüyünə yenidən baxılması xahişi ilə BMT-yə müraciət etməyi də vacib hesab edirəm”.

Babayan sonda onu da bildirib ki, Qarabağ ətrafındakı vəziyyəti nizama salmaq üçün SSRİ-nin hüquqi varisi kimi Rusiyaya müraciət edilməsi lazımdır.

P.S. Samvel Babayanın təkliflərinin bir qismi məntiqli olsa da, digərlərinin heç bir məntiqi yoxdur. Bu daha çox özünü aldatmadan başqa bir şey deyil. Məsələn, Azərbaycanın ərazi bütövlüyü məsələsinə yenidən baxılması üçün BMT-yə müraciətin edilməsi təklifi. Belə bir müraciət edilərsə, nə dəyişəcək? BMT bizim ərazimizi azaldacaq, yoxsa çoxaldacaq? Belə bir müraciəti yalnız Azərbaycan edə bilər. Başqa ölkənin etməsi məntqisizdir. O zaman dünyanın istənilən ölkəsi başqa bir ölkənin ərazisini ələ keçirmək üçün belə vasitələrdən yararlanardı.

İkincisi, Qarabağa beynəlxalq sülhməramlı missiyanın gətirilıməsi də məntiqsizdir. Qarabağ Azərbaycan ərazisidir və bütün dünya da belə tanıyır. İndi Qarabağ erməniləri reinteqrasiya prosesinə daha çox diqqət ayrımalıdır, nəinki belə mənasız müzakirələr aparsınlar.

Qarabağda vəziyyəti nizamlamaq üçün nə Rusiya, nə də digər dövlətə müraciət etmək də məntiqsizdir. Bunun üçün Bakı-Xankəndi dialoqu başlamalıdır. Vəssəlam. Ya adam olub Azərbaycanın tərkibində yaşayacaqlar, ya da qapımız açıqdır, buyurub, getsinlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button