ManşetÖlkə içi

Şahramanyanın “bəyliyi”, Aşotun həbsi və separatçıların “əldən çıxan çörəyi”

Qarabağdan qaçaraq İrəvana sığınmış separatçıbaşı Samvel Şahramanyan uzun müddətdən sonra səssizliyi pozub. JAMAZ.İNFO xəbər verir ki, səsizliyi pozmasına səbəb isə mühafizəçisi, həm də qohumu olan Aşot Danelyanın həbs edilməsi və Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılmasıdır.

Qeyd edək ki, Şahramanyanın yaxın adamı Aşot Quluyan bir qədər əvvəl bildirmişdi ki, separatçıbaşı idmanla məşğul olur və Qarabağdan könüllü köçmüş ermənilərin problemlərini həll etməyə çalışır.

Bu gün o, açıqlamasında deyib ki, Ermənistan hakimiyyəti müntəzəm olaraq, onların fəaliyyətlərinə əngəl yaradır. “Aşot Danelyanın mənim maşınımda, şəhərin mərkəzində nümayişkaranə şəkildə həbs olunması mesajdır və bu bir sıra suallar doğurur”.

Şahramanyan onu da deyib ki, İrəvanda Qaraağa aid olan hər şeyi ört-basdır edərək, bağlamağa çalışırlar. “Məncə o yolu getmək lazım deyil. Qarabağ probleminin yollarını tapmaq lazımdır”.

P.S. Şahramanyan və adamları çox çalışırlar ki, “Qarabağ problemi”ni gündəmdə saxlasınlar. Bu onlar üçün çörək yeri, qazanc mənbəyidir. Diasporadan, Fransadan, ayrı-ayrı ölkələrdən nə qədər qoparsalar, bir o qədər qazancları çoxalır. Amma bu uzun çəkməyəcək. Çünki dünya Qarabağı çoxdan Azərbaycanın tərkib hissəsi sayır. Üstəlik, Azərbaycan Ordusu bu problemi ötən ilin sentyabrında kökündən həll edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button