
Xəbər vedirimiz kimi, dünən Ermənistan silahlı birləşmələrini bir qrup kəşfiyyat-diversiya qrupu dünən Zəngilan istiqamətində sərhəddimizi yarmağa cəhd göstərib. JAMAZ.İNFO xəbər verir ki, Dövlət Sərhəd Xidməti bununla bağlı açıqlama yayıb və bildirib ki, düşmənin kəşfiyyat-diversiya qrupunun cəhdinin qarşısı alınıb.
Bu zaman iki erməni diversant saxlanılıb. Qrupun digər üzvləri isə releyfin üstünlüklərindən yararlanaraq, aradan çıxa biliblər.
JAMAZ.İNFO xəbər verir ki, bu gün saxlanılan iki erməni diversantın adları məlum olub. Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında deyilir ki, həmin şəxslər Hartyun Ovakimyan və Karen Kazaryandır.