ManşetSosial

Şəmkirdə artezian quyularından istifadə qiyməti adambaşına 70 qəpikdən 50 manata qaldırılıb

Şəmkir rayonunun Ağlavaşlı kəndində artezian qiymətlərini birdən-birə adambaşına 50 manata qaldırıblar. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Kənd sakinləri bildiriblər ki, bu fantastik vəsaiti ödəməyə gücləri çatmır. “Üstəlik, bu vaxta qədər 0.70 qəpik olan ödənişin birdən-birə 50 manata qaldırılması anlaşılan deyil”.

Onlar qeyd ediblər ki, bu qiymət artımı təkcə sahə artezianlarına deyil, kənd daxilində içməli və texniki su imkanlarını qarşılayan artezianlara da aiddir. Məlumatda deyilir ki, həmin pulun, yəni hər artezian üzrə ailə üzvlərinin adambaşına 50 manat ödəməyəcəyi təqdirdə artezianların söndürüləcəyi, ayrıcdan aralanacağı bildirilib. Qiymətin isə rəsmi əsaslarla qaldırıldığı iddia olunur.

Qeyd edək ki, qiymətin bu həddə qaldırılması o deməkdir ki, Şəmkir rayonu üzrə milyonlarla manat əlavə pul yığılması nəzərədə tutulub. Sakinlər deyirlər ki, bu soyğunçuluqdur. “Bu bizə, sadə vətəndaşa və fermerə qənim kəsilmək deməkdir”.

Şəmkir rayon İcra Hakimiyyəti və Su-Meliorasiya Komitəsinin məsələyə münasibəti məlum deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button