
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə MN məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Müdafiə Nazirliyinin daha əvvəl açıqladığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Beləliklə, Ermənistanın son təxribatları zamanı şəhid olan hərbçilərimizin sayı 71-ə çatıb.
Şəhid olan hərbi qulluqçularımızın adları:
Qəfərli Amin Rasim oğlu – 2004
Kərimov Zöhrab Azad oğlu – 2003
Qasımov Nihad Mehman – 2003
Qasımov Rəşad Ənvər – 2003
Quliyev Fərid Vahid oğlu – 2003
Qurbanov Xəqan Daşqın – 2002
Qurbanzadə Cəmil Anar – 2003
Lətifov Fərid Qiyas oğlu – 2001
Mahmudzadə Ülvi Məzahir – 1991
Məhərrəmov Elnur Nərbala oğlu – 2001
Məhərrəmov Turan Tərlan oğlu – 2001
Məmmədli Namiq Ağəmməd oğlu – 1996
Məmmədov Səfiyar Elşən – 2002
Muradov Bəxtiyar Güloğlan – 2003
Nəbiyev Hüseynalı Hikmət oğlu – 1999
Nəsibov Kənan Cəbrayıl – 1999
Rzayev Tərlan Pərviz – 2003
Səmədov Elmin Mirzəli – 1996
Süleymanov Xəyal Elxan – 1996
Şirinov Polad Seyran – 2002
Verdiyev Nihad Nicat – 2003
Zülfüzadə Coşqun Ədail – 2003