GündəmManşet

Səfirliyimizə hücum edən şəxslə bağlı hökm çıxarılmayıb: Tehran Prokurorluğu təkzib edib

Ötən gün Azərbaycan mediasında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın etmiş şəxslə bağlı hökm çıxarılmasına dair məlumat yayılmışdı. JAMAZ.İNFO xəbər verir ki, həmin xəbərdə səfirliyin bir əməkdaşını qətlə yetirən, digər iki əməkdaşı isə yaralayan Yasin Hüseynzadə barəsində məhjkəminin ölüm hökmü çıxardığı qeyd edilirdi.

Lakin dünən Tehran Prokurorluğu bu barədə məlumatı təkzib edib. İRNA-nın xəbərinə görə, Tehran Prokurorluğu istintaqın başa çatdığını, cinayət işinin məhkəməyə göndərildiyini, lakin məhkəmə prosesinin hələ başlamadığını vurğulayıb. “Yasin Hüseynzadə barəsində ölüm hökmü çıxarılmayıb. Bu barədə yayılan xəbərdə doğru deyil. Çünki iş məhkəmədədir və heç ilkin iclas belə keçirilməyib. Prokurorluq Yasin Hüseynzadəyə ağır cəza verilməsini məhkəmədən istəyib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button