
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərmək niyyəti hələ də qüvvədə qalır”. JAMAZ.İNFO xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, Rusiya hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırdır. Nazir əlavə edib ki, Aİ-nin Azərbaycan və Ermənistan sərhədindəki missiyası Bakının razılığı olmadan əks-məhsuldar ola bilər.