ManşetÖlkə içi

Rus şirkəti Qarabağdakı separatçılara hər il 46,75 milyon dollar pul verirmiş  

Ötən həftə Laçın dəhlizinin bir neçə saat bağlanmasına səbəb olan hadisə ilə bağlı yeni detallar üzə çıxmaqdadır. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan ETSN-in mütəxəsisslərinin Xankəndiyə qədər getməsinə səbəb olan hadisə ermənilərin Canyataq kəndində yerləşən qızıl mədənini talaması olub.

Belə ki, Azərbaycan tərəfi həmin mədənin qanunsuz olaraq fəaliyyət göstərdiyini və ekologiyaya külli miqdarda zərər vurduğunu bəyan edib və orada araşdırma aparmaq barədə qərar qəbul edib. Lakin ermənilər, həmçinin bölgədəki rus sülhməramlıları buna qarşı çıxıblar. Daha sonra Bakı ilə Moskva arasında aparılan danışıqlardan sonra bölgədə monitorinq aparılması razılaşdırılıb. Bundan əlavə, Qarabağ ərazisində Azərbaycan tərəfinin mütəmadi olaraq yoxlama aparması üçün yol xəritəsi də hazırlanacaq.

Eermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır ki, Canyataq kəndinəki qızıl yatağını Rusiyanın “Vallex” şirkətlər qrupunda daxil olan “Base Metals” şirkəti istismar edir. Bu şirkət Canyataqdan 40 km aralıda yerləşən Heyvalı kəndindəki qızıl-mis yataqlarını da talamaqla məşğul olub. Nəticədə, Heyvalıdakı yataq tam talan edildikdən sonra bağlanılıb.

Qəzet rəsmi məlumatlara istinadən xəbər verir ki, “Base Metals” şirkəti Qarabağdakı separatçılara “vergi” adı altında hər il 18,7 milyard dram və ya 46.75 milyon dollar pul verirmiş.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button