“Azərbaycan və Türkiyə Eermənistan ərazisindən keçəcək yolla bağlı problemi ermənilərin iştirakı olmadan həll edə bilməz”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin rus politoloq Stanislav Tarasov deyib.
O bildirib ki, 10 noyabr razılaşmasında “Zəngəzur Dəhlizi” haqqında heç nə yoxdur. “Orada yalnız kommunikasiyaların açılmasından söhbət gedir. İkinci məqam, bu yol Ermənistanın ərazisindən keçir. Belə olan halda, ermənilərin iştirakı olmadan problemi necə həll edəcəklər?”
Ttarasov hesab edir ki, Şuşa Bəyənnaməsinin Ermənistandakı parlament seçkiləri öncəsi imzalanması səbəbsiz olmayıb. “Mümkündür ki, onlar seçkilərə hesablanmış addım atıblar və bununla təsir edəcəklərini düşünüblər. Əgər belədirsə, o zaman cəhdləri alınmayıb. Hərbi bazanın yaradılması ilə bağlı deyilənlərə gəldikdə isə bu boş söhbətdir. Hərbi baza olmayacaq. Həmin baza üçüncü bir dövlət Azərbaycana hücum edəcəyi təqdirdə qurula bilər. Hazırda Azərbaycanı kim təhdid edir ki? Heç kim. Yəni bazanın qurulması üçün motiv yoxdur. Ona görə də, belə bəyanatlar daxili auditoriyaya hesablanıb. Bu mənada Türkiyənin imkanları daha da güclənəcək. Azərbaycanlılar isə müstəqilliklərini itirmək istəmirlər”.