AraşdırmaManşet

Ruben Safrastyan: “Zəngəzur Dəhlizi məsələsi 1918-c ildə imzalanmış Batumi müqaviləsində də var”

“Ümumiyyətlə, Ərdoğanın yaxın keçmişdə çox açıq şəkildə ifadə etdiyi yanaşmalardan vaz keçəcəyini düşünmürəm. O deyib: Ermənistan Azərbaycanın təqdim etdiyi maksimalist tələblər əsasında Azərbaycanla müqavilə imzalamalıdır, ikincisi, Ermənistan qondarma “Zəngəzur dəhlizi”ni təmin etməlidir. Bunlar ilkin şərtlər deyil, tələblərdir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Türkoloq Ruben Safrastyan “Hraparak” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, nəticə yoxdur və buna səbəb Türkiyənin Ermənistanın yuxarıda qeyd etdiyi iki tələbini yerinə yetirməsini gözləməsidir. “Rəsmi İrəvan bunu etməyənə qədər danışıqlarda heç bir dəyişiklik olmayacaq”.

Safrastyan deyib ki, Zəngəzur Dəhlizi məsələsi Türkiyə üçün daha vacibdir. O vurğulayıb ki, dəhliz bir neçə mühüm problemi həll edir. “Həmin dəhliz vasitəsilə Türkiyə Azərbaycanla maneəsiz əlaqə yaratmaq, lazım gələrsə, Azərbaycana qoşun və silah ötürmək imkanı əldə edir. Dəhliz Türkiyənin pantürkist planlarını həyata keçirməsi üçün də vacibdir. Bu yol Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Orta Asiyanın türkdilli ölkələri ilə əlaqə yaratmağa imkan verir. Onu da qeyd edim ki, dəhliz yeni deyil, Türkiyə üçün önəmli olub. “Zəngəzur dəhlizi” 1918-ci ildə Türkiyənin zoru ilə imzalanmış Batumi müqaviləsində də qeyd olunur. Orada Türkiyənin nəzarətinə keçəcəyi bildirilir.  Və bu yolla məşğul olmaq üçün xüsusi komissar da təyin edəcək. Deməli, bu, Türkiyənin yüz illik planıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button