ManşetÖlkə içi

Ruben Mehrabyan: “Rusiya Xankəndidəki dəlilərini başına yığaraq, onlarla oynayır”

“Arayikin istefasından sonra Qarabağda bəzi qrupların fəaliyyətə başladığı göz qabağındadır. Vəziyyət göstərir ki, Rusiya ilə Qarabağda peyda olmuş yeni korrupsioner qrup arasında sinxron hərəkət var”. JAMAZ.İNFO xəbər verir ki, bunu politoloq Ruben Mehrabyan deyib.

O bildirib ki, Rusiya hazırda Qarabağda öz niyyətlərini və addımlarını həyata keçirir. “İndi də yeni gələnlərlə eyni şeyi edəcək”.

Onun sözlərinə görə, Ağdam-Xankəndi yolu məsələsi Araikin istefasını tələb etmək üçün bəhanə olub. “Daha sonra onu əvəz edən qrup gəldi və onlar özlərini çox tez ələ verdilər. Həmin gün onlar Rusiyanın humanitar yükünün Ağdam vasitəsilə Xankəndinə daxil olması barədə razılığa gəliblər”.

Politoloq Qarabağda Kremlin tapş.ırıqlarını yerinə yetirən Ruben Vardanyanı da ittiham edib. “Bir vaxtlar başqa qruplar da var idi. Məsələn, Ruben Vardanyan deyib ki, Ağdam yolu ilə bağlı bəyanatlar verənlər, ondan istifadə edənlər Azərbaycanın maraqlarına xidmət edir. İndi isə o, bu qərarı verən insanları alqışlayır və tam dəstəyini bildirir. Bu, onun sadəcə olaraq siyasi yalançı olduğunu göstərir”.

Mehrabyan Qarabağdakı separatçıların rəhbərlərini psixoloji problem olan adam və dəli kimi xarakterizə edib. “Rusiya öz adamlarını “6-cı Palataya yığaraq, onlarla oynayır. Həmin adamlar da elə zənn edirlər ki, ağıllıdırlar“.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button