
“Azərbaycan Ordusu separatçıların müdafiə xəttini yarıb”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters” agentliyinə müsahibəsində açıqlayıb.
O bildirib ki, Azərbaycan qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələri ilə təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərinə çatmaq əzmindədir. “Qarabağda qeyri-legitim hərbi infrastruktur tamamilə məhv edilənə qədər Azərbaycan Respublikasının hərbi əməliyyatları davam edəcək”.