ManşetÖlkə içi

“Raşid Beqlaryan içkili olub, yolu azıb”- separatçıların gülməli bəhanəsi

Xəbər verildiyi kimi, dünən Azərbaycan Sərhəd Xidməti Laçının Zabux kəndi yaxınlığında Ermənistan vətəndaşını saxlayıb. JAMAZ.İNFO xəbər verir ki, 1962-cı il doğumlu Raşid Beqlaryan dövlət sərhəddini pozduğu üçün həbs edilib.

Qarabağ separatçıları bununla bağlı məlumat yayıblar ki, guya, Raşid Beqlaryan içkili vəziyyətdə olub və yolu azaraq Azərbaycan tərəfinə keçib. Onların iddiasına görə, sözügedən şəxs guya, Şuşanın Aşağı Qaladərəsi kəndinin sakini olub.

P.S. Qarabağdakı separatçılar iddia edirlər ki, guya, humanitar fəlakət yaşayırlar, aclıqda ölürlər. Bəs, Raşid Beqlaryan içməyə içkini haradan tapıb? Acından ölən çörək axtarışında olar, qarnını doyurmaq üçün çörəkdən, ətdən, meyvədən tapın yeyər ki, aclıqdan ölməsin.

Bir də hər nə hikmətdirsə, ermənilər sərhəddi məqsədli keçəndə “yolu azmış” olurlar. Azərbaycan əsgərləri isə yolu azdıqları halda “diversant” çıxarılırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button