DünyaManşet

“Rəisi Paşinyanla telefonda çox kobud danışıb”

“Bizim iki ənənəvi dostumuz İran və Rusiya Ermənistana qarşı günü-gündən daha sərt bəyanatlar verirlər. Ermənistanın tərəfdaş kimi Rusiyanı tərk etməsi göz qabağındadır. Bəs, İran prezidentinin ritorikası niyə sərt və qeyri-diplomatik olub?” JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

O bildirib ki, Raisi Paşinyanla sonuncu telefon danışığı zamanı hətta Anna Akopyanın Ukraynaya səfərinə eyham vurub. “ O deyib ki, “3+3” formatından kənar ünsiyyət, xarici qüvvələrlə işləmək, onlarla hərbi təlimlər keçirmək, şübhəli səfərlər vəziyyəti daha da çətinləşdirir. Qeyri-rəsmi mənbələr prezident Rəisinin Paşinyanla çox kobud danışdığını bildirir”.

Zakaryan qeyd edir ki, tərəflər Azərbaycan qoşunlarının Qarabağ ətrafında cəmlənməsindən də danışıblar. “Rəisi artıq bir neçə dəfə qeyd edib ki, İran mövcud problemlərin həllində Ermənistan və Azərbaycana kömək etməyə hazırdır. Nəhayət, Paşinyan İranı da məyus edəcək, o da bizə kömək etməyəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button