“Azərsu”nun keçmiş rəhbəri Qorxmaz Hüseynov bütün mülklərini satışa çıxarıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə keçmiş prezidentin yaxınları bildirib.
Onların dediyinə görə, işdən çıxarılmamışdan öncə ”Azərsu”da xüsusi yoxlama aparılıb. Həmin yoxlama zamanı külli miqdarda pulun təyinatdan kənar xərcləndiyi üzə çıxıb. Məlumata görə, aradşdırmalardan sonra o da məlum olub ki, Qorxmaz Hüseynov həmin pullarla özünə həm Azərbaycanda, həm də xaricdə çoxlu sayda mülk, obyekt və biznes sahələri alıb. Hətta həmin mülklərin və obyektlərin siyahısı da müəyyən edilib.
Mmənbənin JAMAZ.İNFO-ya verdiyi məlumata görə, hazırda ölkədən çıxışına qadağa qoyulan “Azərsu”nun sabiq rəhbəri istər xaricdəki, istərsə də Azərbaycandakı bütün mülk və obyektlərini satışa çıxarıb. Bəzi iddialara görə, bu satışdan Hüseynovun 1 milyard dollara yaxın pul əldə edəcəyi və onu da şirkətə vurduğu zərəri ödəmək üçün köçürəcəyi deyilir. Bunun üçün ona konkret vaxt verildiyi bildirilir.
Məsələ ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə oxuculara daha geniş məlumat verəcəyik.