Uzun illərdir Kəlbəcərdəki qızıl yatağını talayan “Zod Uind” şirkəti Ermənistan hökumətini məhkəməyə verib. JAMAZ.İNFO xəbər verir ki, şirkət İrəvan hakimiyyətindən milyon dollar təzminat tələb edir.
Qeyd edilir ki, noyabr anlaşmasına kimi Sünbüllü qızıl yatağını talamaqla məşğul olub. Belə ki, orada 200 hektar ərazini 2048-ci ilə kimi icarəyə götürən şirkət 73 hektar ərazidə küləklə işləyən 2 dəyirman inşa edib. Yerdə qalan ərazidə is daha 23 ədədini inşa etməyi planlaşdırıb. Lakin Azərbaycan əsgəri onların arzularını ürəklərində qoyub. Nəticədə, şirkət zərər düşdüyünü bəyan edərək, təzminat tələb edir.