
Qarabağda məskunlaşmış erməni terrorçuları Azərbaycana qarşı qondarma “cinayət işi” açıb. JAMAZ.İNFO xəbər verir ki, bu addımı özünü “Qarabağ İstintaq Komitəsi” kimi təqdim edən qondarma qurum atıb.
Onlar iddia edirlər ki, guya, azərbaycanlılar Əsgəran rayonunda qəbristanlığı dağıdıblar.
Qeyd edək ki, erməni terrorçularının istinad etdiyi “fakt” müharibə dövründə iki Azərbaycan əsgərinin qəbristanlıqda məzar daşını aşırtmasıdır. Bununla bağlı yayılan görüntülərdən sonra Azərbaycan tərəfi hadisəyə hüquqi qiymət verərək, əsgərlərimiz barədə təhqiqat aparıb. Hazırda həmin məsələnin təhqiqatı davam edir.
P.S. Qarabağda özlərinə yuva qurmuş terrorçuların belə addımları qəribə deyil. Son dövrlər bir qədər özlərinə gəliblər və o səbəbdən də dilləri uzanıb. Görünür, növbəti dəfə başlarından vurulmalarını istəyirlər.