
44 günlük Vətən Müharibəsində Ermənistanın toplam 4000-dən çox əsgər itirdiyi təsdiqlənib. JAMAZ.İNFO xəbər verir ki, rəsmi İrəvan bununla bağlı açıqlama yayıb və bəyan edib ki, həmin əsgərlər Ermənistan ordusunda xidmət edənlərdir. Lakin yerli mənbələr bu rəqəmin 5000 nəfər olduğunu deyirlər. Üstəlik, bunu sübut etməyə hazır olduqlarını da bildiriblər.
Xankəndidəki erməni terroçuları isə bu gün bildiriblər ki, onlar hələdə müharibədə ölənlərini axtarırılar. Həmin məlumata əsasən 27 sentyabr-12 noyabr aralığında Qqarabağ “müdafiə ordusu”nun 1578 “əsgəri”nin meyidi ailələrinə verilib. 13 noyabr 2020-ci ildən 28 iyun 2021-ci ilə kimi isə axtarışlar nəticəsində 1586 erməni “əsgərin” meyidi tapılıb. 10 noyabrdan sonra məhkəmə-tibbi ekspertiza sayəsində 2711 erməninin meyidi müayinə edilib, şəxsiyyəti müəyyən olunub.
Hazırda 60 nəfərin əsir olduğu deyilir. İtkinlərin sayı barədə isə məlumat verilmir.
Qeyd edək ki, Qarabağdakı erməni terrorçularının açıqlamalarından belə başa düşmək olar ki, 44 günlük müharibə zamanı onlar 3164 erməni əsgəri öldürülüb. İtkin düşənlərin də təxmini sayı 1000 nəfərdən çox gödstərilir ki, bu da əlavə olarsa, itkilərin sayı 4200 nəfər çatır.