
Qarabağdakı erməni terrorçuların rəhbəri Arayik Harutyunyan qismən səfərbərlik elan edilməsi ilə bağlı “fərman” imzalayıb. JAMAZ.İNFO xəbər verir ki, həmin “fərman” bu gün “imzalanıb”.
Bildirək ki, bu barədə açıqlamanı separatçıların “prezidentin işlər idarəsi” yayıb.
Görünən odur ki, ruslara güvənən ermənilər Azərbaycan Ordusunun qarşısından çəkilmək fikrində deyillər. 44 günlük müharibə zamanı da analoji qələti etmişdilər. Aqibətləri göz qabağındadır.