GündəmManşet

Qarabağdakı ermənilər: “Xankəndidəkilər qalmağa ev tapa bilmirlər, bizi isə ora göndərmək istəyirlər”  

Qarabağda vəziyyət yenidən qarışmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bir müddət əvvəl separatçıların rəhbəri Arayik Harutyunyanı istefaya çağıran Xankəndidəkilərə, bu dəfə Laçında qeyri-qanuni məskunlaşmış ermənilər də qoşulublar.

Belə ki, bu gün xeyli sayda erməni Ermənistan Nazirlər Kabinetinin qarşısına toplaşaraq, Arayik Harutyunyanın istefasını və təcili olaraq İrəvana gələrək, onlarla görüşməsini tələb ediblər.

Hələ müharibədən əvvəl Laçın rayonu və Zəngilanın Mincivan qəsəbəsində qeyri-qanuni məskunlaşmış ermənilər bəyan ediblər ki, onların bütün əmlakları əllərindən çıxıb, evsiz qalıblar və İrəvanda uçuq-sökük evlərdə yerləşdiriliblər. “Müharibə vaxtı bizə dedilər ki, təcili evlərinizdən çıxın. Biz də heç nə götürmədik. İndi isə dilənçi kökündə qalmışıq”.

Laçında qeyri-qanuni məskunlaşmış ermənilər deyiblər ki, onlara Xankəndinə yerləşmələrini təklif ediblər. “Bizə deyirlər ki, Xankəndinə gedin və orada yerləşin. Orada yaşayanlar özləri ev tapa bilmirlər qalmağa, biz gedib nə edəcəyik orada? Həmçinin ora getməyə imkanımız da yoxdur. Birimizin uşağı müharibədə itkin düşüb, biri yaralı oğlu ilə qalır, o birinin uşağı müharibədə ölüb. Hələ digərlərini də saymırıq. Biz Arayik Harutyunyandan tələb edirik ki, İrəvana gəlib bizimlə görüşsün. Bizi evlə təmin etsin. Özünün imkanı yoxdursa, qardaşı Paşinyandan pul alsın versin bizə. Biz də gedib özümüzə ev alaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button