AraşdırmaManşet

Qarabağda separatçılara başçılıq edəcək Şahramanyan kimdir? – MARAQLI DOSYE

Xəbər verdiyimiz kimi, Ermənistanın nüfuzlu “Hraparak” qəzeti Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyan və qondarma “dövlət naziri” Qurgen Nersisyanın istefa verdiyini bildirib. JAMAZ.İNFO sözügedən qəzetə istinadən qeyd edir ki, hər iki şəxs istefalarını iki saat içində açıqlayacaqlarını bildiriblər.

Qəzetin yaydığı xəbərə görə, Arayik Harutyunyanı qondarma “təhlüksəzilik şurasının katibi” Samvel Şahramanyan tutacaq. Lakin bunun üçün onun qondarma “parlament”dən razılıq alması lazımdır.

Şahramanyan kimdir? JAMAZ.İNFO bildirir ki, 45 yaşlı separatçı 1978-ci il dekabrın 1-də Xankəndidə doğulub. O, separatçı rejimin “MTN-nin direktoru”, qondarma rejimin “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri” olub. Rütbəsiisə  general-mayordur.

Şahramanyan İrəvan Qriqor Zohrap Universitetinin Beynəlxalq İqtisadiyyat fakültəsinə daxil olub. Lakin sonradan Xankəndidəki (1998-ci ildə) Universitetin İqtisadiyyat fakültəsinə transfer olunub. 1999-cu ildə oranı bitirib.

1996-1999 Qarabağdakı qanunsuz silahlı dəstələrin tərkibində xidmət keçib. Karyerasına isə 1999-2008-ci illərdə qondarma “mtx”də başlayıb. Bundan başqa, 2008-2010-cu illərdə qondarma “dövlət vergi xidmətində əməliyyat-kəşfiyyat idarəsinin rəisi” də olub. O, həmçinin qondarma “ədliyyə nazirliyi”ndə “baş icra məmuru” kimi də işləyib.

2013-cü ildə o, Xankəndi polis şöbəsinin rəisi,  2014-2018 illərdə “mtx”də şöbə müdiri, 2018-2020-ci illərdə isə “mtx-nin direktoru” təyin edilib.

2018-ci il iyulun 16-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Komissiyanın sədri təyin edilib. 2020-ci il 29 mayından isə “hərbi vətənpərvərlik, gənclər, idman və turizm naziri” olub.

Şahramanyanın qondarma “tş katibi” olması isə bu ilin 16 yanvarında reallaşıb.

Qeyd edək ki, Şahramanyan bu ilin martında Xocalıda keçirilən Bakı-Xankəndi dialoqunda Qarabağ ermənilərinin nümayəndəsi kimi iştirak edib.

Erməni mətbuatı yazır ki, Şahramanyan Qarabağdakı hgeç bir qruplaşmanın üzvü deyil. Lakin onun keçmiş baş separatçının Bako Saakyanla isti münasibətlərinin olduğu bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button