GündəmManşet

Qarabağda separatçılar arasında qovğa: Xanumyanın həbsi istənilir

Qarabağdakı erməni separatçıları arasında yeni qovğa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, özünü “ərazi idarəetmə və infrastruktur naziri” kimi təqdim edən Hayk Xanumyanın həbsi tələb olunur.

Buna səbəb isə Xanumyanın 44 günlük müharibə zamanı ayrılmış vəsaitlərin böyük bir qismini mənimsəməsi göstərilir.

Erməni mediası yazır ki, Qarabağdakı qondarma “baş prokuror” Qurgen Nersisyan “nazir”ə cinayət işi açdıqlarını, bütün dəlilləri topladıqlarını, lakin aprelin 29-dan indiyə qədər onun həbsini reallaşdıra bilmədiklərini deyib. Hətta Nersesyan Xanumyanı təqsirləndirilən şəxs kimi istintaqa cəlb etdiklərini də bildirib. Lakin İrəvandan gələn təlimata əsasən prosesi dayandırmalı olublar.

Erməni mediası daha sonra yazır ki, Xanumyanın həbs edilməməsinə səbəb Ermənistanın baş naziri Nikol Paşinyanla yaxın olmasıdır. Belə ki, sözügedən qondarma “nazir” Paşinyanla eyni rayondandırlar və  onun Qarabağdakı “gözü və qulağı” kimi fəaliyyət göstərir. Lakin Nersesyan da geri çəkilmək fikrində deyil. Həmin məlumata görə, “baş prokuror” “nazir”lə bağlı bütün dəlil və sübutları yenidən gündəmə gətirərək, onun həbsi üçün yenidən vəsatət verməyə hazırlaşır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button