GündəmManşet

Qarabağda internet, sayt və TV-lərin fəaliyyəti məhdudlaşdırıldı

Qarabağda mənzillənmiş erməni separatçıları bu gün Xankəndidə toplaşaraq, “Hərbi vəziyyət haqqında” qanuna dəyişiklik edəcəklər. JAMAZ.İNFO xəbər verir ki, bununla bağlı separatçıların rəhbəri Arayik Harutyunyan qondarma “parlament”ə müraciət edib.

“Qanun”a ediləcək əlavələrə əsasən Qarabağda “hərbi vəziyyət”in müddəti artırılacaq. Bundan başqa, Qarabağ iqtisadi rayonu ərazisində internet saytları, sosial şəbəkələrinin fəaliyyəti məhdudlaşdırılacaq. Bəzilərinin isə müvəqqəti bloklanması nəzərədə tutulub.

JAMAZ.İNFO xəbər verir ki, separatçılar həmçinin internetə çıxış da məhdudlaşdırmağı qərarlaşdırıblar. Paralel olaraq, televiziya, internet və radio vasitəsilə yayılan materiallara da senzura tətbiq ediləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button