AraşdırmaManşet

Qarabağda gərginlik pik həddə: Xankəndidə çevriliş ola bilər?

Qarabağda mənzillənmiş separatçılar arasında münasibətlər aratıq gərgin mərhələyə qədəm qoymağa başlayıb. Uzun zamandır Xankəndi və ətraf ərazilərdə ayaşayan dinc erməniləri girov saxlayan və onlardan öz məqsədləri üçün istifadə edən həmin separatçılar arrıq biri birlərini ittiham etməyə də start veriblər.

JAMAZ.İNFO xəbər verir ki, bir neçə gün əvvəl Qarabağda Rusiyanın adamı olaraq tanınan, bir müddət qondarma “dövlət naziri” kimi də özünü təqdim edən erməni milyarder Ruben Vardanyan videoçıxışını yayıb. O çıxışında Qarabağ separatçılarının rəhbəri Arayik Harutyunyanı tənqid və ittiham edib. Vardanyan Arayiki qırmızı xətləri keçməkdə də günahlandırıb. “O, hər gün bir söz danışa bilər. Əsas nə danışdığı deyil, bu danışığın insanlara etdiyi təsirdir. Bu gün Arayik Harutyunyanın çıxışları erməniləri daha çox ümidsizliyə düçar edir”.

Amma Vardanyan bununla da kifayətlənməyib. “Harutyunyan nə lider, nə də komandan ola bildir. Müharibəni uduzdu. Bu gün də Qarabağı açıq şəkildə Azərbaycana doğru itələyir. Biz bujna dözə biləmərik. Bunun qarşısı alınmalıdır”.

Qeyd edək ki, Vardanyanın çıxışı Ermənistanda və separatçılar arasında böyük hay-küyə səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, Xankəndidəki separatçılar bu açıqlamadan sonra iki yerə bölünüb. Arayikin müxalifləri bildiriblər ki, Qarabağı Arayik və yanındakı 7 mafioz idarə edir. “Onlar “razborka”larla məşğuldurlar. Kimi cəzalandırmaq lazımdırsa, yığışıb qərarını verirlər”.

Harutyunyanın tərəfdarları isə Vardanyanı ittiham edirlər. Onlar Rubenin Xankəndidə çevriliş etmək istədiyini vurğulayırlar. Qondarma “parlament”in “deputat”larından bir neçəsi mətbuata açıqlama veriblər ki, Vardanyanın qəzəbinə səbəb Arayikin istefa verməməsidir. “Bir neçə gün əvvəl Harutyunyan istefa verəcəyini açıqlamışdı. Lakin sonradan fikrindən vaz keçdi. Çünki indiki şəraitdə buna getmək, Qarabağın süqutu olardı. İndi Vardanyan da qəzəblənib ki, niyə istefa baş tutmadı. Ona görə də, açıq hücuma keçib”.

Ermənistanda fəaliyyət göstərən “Alternativ Layihələr Qrupu” isə durumun yaxşı olmadığı və buna görə də, Vardanyanla Harutyunyana müraciət edib. Təşkilat bildirib ki, indiki şəraitdə tərəflərin belə aqressiv yanaşmaları Qarabağda xaosa səbəb ola bilər. Onların sözlərinə görə, hər iki şəxs sakitləşməli, bir birilərinə dəstək olmalıdırlar.

Qarabağdakı separatçılardan biri, vaxtıyla qondarma “təhlükəsizlik şurası”na katiblik etmiş Arşavir Qaramyan isə bildirib ki, Xankəndi artıq xaos astanasındadır və idarəolunmaz xaos hər an başlaya bilər. “Qarabağ əhalisinə müraciət edirəm, ayıq və şüurlu olun. Tədbirli davranın. Emosiyalara qapılmaq zamanı deyil. Xəbərdarlıq etmişdim ki, Qarabağ xaos astanasındadır. İdarəolunmaz xaos hər an başlaya bilər. Bu gözlənilməz hadisələr və iğtişaşlarla, müxtəlif qruplar arasında qanlı toqquşmalara qədər uzana bilər”.

Bəzi erməni media orqanları isə Ruben Vardanyanın Xankəndidə çevriliş edə biləcəyini yazırlar. Onların iddiasına görə, Arayik Harutyunyan artıq rusların da gözündən düşüb və o, onların istəyini yerinə yetirə bilmir. “İravunk” yazır: “Vardanyanın Qarabağda nüfuzu çoxdur. O, real işlər görür və böyük pullar xərcləyir. Üstəlik, onun rusların yanında da nüfuzu aşağı deyil. Mümkündür ki, Ruben Vardanyan razılıq əsasında Xankəndidə çevriliş edərək, hakimiyyəti ələ keçirməyə çalışır. Elə çıxışları da həmin hadisə üçün zəmin yaratmaqdır”.

P.S. Vardanyan və ya Harutyunyan, bizim üçün fərq etmir. Hər ikisi separatçıdır və cəzalandırılmalıdır. Qaldı, Vardanyanın Xankəndidə çevriliş etməsi də orada yaşayan erməniləri xilas etməyəcək. Əksinə, durumlarını daha ada ağırlaşdıracaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button