Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi Rusiyanın sülhməramlı kontingenti və erməni nümayəndələrinin iştirakı ilə Qarabağda müharibə zamanı itkin düşmüş əsgərlərin axtarışını davam etdiriblər. JAMAZ.İNFO xəbər verir ki, Füzuli və Xocavənd rayonlarında aparılan axtarışlar zamanı daha 3 erməni əsgərinin meyiti tapılıb.
Rəsmi məlumata görə, noyabrın 13-dən bu günə kimi ermənilər döyüş meydanlarından 1499 əsgərinin meyidini çıxarıb.