DünyaManşet

Donbasda müharibənin ayaq səsləri: Bir rus əsgəri öldürüldü, Kreml Xüsusi Təyinatlılarını bölgəyə göndərdi

Ukrayna ilə Rusiya arasında gərginlik pik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, bir ildən artıqdır atəşkəs rejimi tətbiq edilsə də, dünəndən etibarən bölgədə lokal hərbi əməliyyatların baş verdiyi müşahidə olunur.

Məlumatlara görə, rəsmi Kiyev Rrusiya tərəfindən işğal edilmiş Donbas vilayətini azad etmək üçün hərəkətə keçməyə başlayıb. Hətta dünəndən etibarən hərbi birliklərin bir qismi bölgəyə göndərilib. Son məlumatlara görə, dünən cəbhə xəttində baş verən atışma nəticəsində rus əsgərlərdən biri öldürülüb.

Ərazini işğal edən və orada qondarma “DXR” yaradan Rusiya isə Ukrayna ilə döyümək üçün bütün hazırlıqları görməyə start verib. Belə ki, martın 3-dən etibarən Donbasdakı əhalinin başqa ərazilərə köçürülməsinə başlanılıb. Bu gün səhərdən etibarən isə Rusiyadan hərbi birliklərin Donbas istiqamətində göndərildiyi müşahidə edilir. Gələn xəbərlərə görə, Kreml öldürülən bir əsgərinin qisasını almaq üçün Donbasa ən elit qüvvəsi hesab edilən Xüsusi Təyinatlı Qrup göndərib.

Müşahidəçilərin rəyinə görə, Ukrayna ilə Rusiya arasında müharibənin başlanması an məsələsidir. Vəziyyət hər gün pisləşməyə doğru gedir və proses təkcə Donbasla kifayətlənməyəcək. Həmçinin Luqansk və Krım istiqamələrində də hərbi əməliyyatların başlanması gözləniləndir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button