Qarabağda yaşayan ermənilər dünəndən etibarən Facebook, Instagram və WhatsApp şəbəkələrinin imkanlarından istifadədən məhrum olublar.
JAMAZ.İNFO xəbər verir ki, bu barədə media eksperti Artur Papyan məlumat yayıb.
O bildirib ki, Facebook, Instagram və WhatsApp Qarabağda qismən bloklanıb: “Hazırda bunun hansı səbəbdən baş verdiyi məlum deyil. Sözügedən sosial şəbəkələrdən istifadə etmək üçün ermənilər VPN, Proxy və Tor proqramları quraşdırırlar”.