
“Ermənistan Qarabağda ildə 100 min ton taxıl, 1300 hektar nar, 300 hektar xurma, böyük üzüm sahələri və 250 hektar soğan sahələrini itirib”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Ermənistan Aqrar-Kəndli İttifaqının sədri Qraç Bərbəryan verib.
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda hər il 3000 hektardan çox ərazi əkilib-becərilirdi. “Həmin əkin sahələri, bağlar məhv olmayıb. Onlar bu gün Azərbaycanın nəzarətindədir. Ekspertlərin rəyinə görə, Ermənistan sözüfedən bağlardan və əkin sahələrindən ildə 15-20 milyon dollar gəlir əldə edirdi. Artıq həmin gəlir bir daha olmayacaq”.