Amerikanın tanınmış “Popular Mechanics” jurnalı Qarabağdakı 44 günlük Vətən Müharibəsi ilə bağlı maraqlı məqalə ilə çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, məqalədə müharibə zamanı separatçıların, habelə Ermənistanın əlindəki Rusiya istehsalı olan Havadan Müdafiə Sistemlərindən bəhs olunur.
Jurnal yazır ki, Ermənistanın Qarabağda istifadə etdiyi Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemləri köhnəlib və etibarsız olub. Nəşr qeyd edir ki, Rusiya silahları Azərbaycanın sahib olduğu Türkiyə (Bayraktar TB2) və İsrailin (Harop) pilotsuz təyyarələrinə qarşı dura bilməyib. “Qarabağdakı son münaqişə zamanı Rusiyanın hava hücumundan müdafiə vasitələri Azərbaycanın ölümcül döyüş pilotsuz təyyarələrini aşkar etməkdə etibarsız olduğunu sübut etdi. Və onların qarşısında dayana bilmədi”.
“Popular Mechanics” qeyd edir ki, Qarabağda “Bayraktar TB2” pilotsuz uçuş aparatlarını Ermənistanın ixtiyarında olmayan Radio Elektron Müharibə (REM) vasitəsilə dayandırıla bilərdi. “Pilotsuz texnologiyadan istifadə müasir müharibədə inqilab vəd edir. Əgər ABŞ və ya NATO, nə vaxtsa Rusiya, Çin və ya İranla müharibəyə cəlb olunarsa, onlar da oxşar vəziyyətlə üzləşəcəklər”.