AraşdırmaManşet

PILPG şirkətindən sərsəmləmə: “Qarabağ ermənilərinə öz daxillərində müqəddəratlarını təyin etmə hüququ verilməlidir”

Mərkəzi Vaşinqtonda yerləşən İctimai Beynəlxalq Hüquq və Siyasət Qrupu (PILPG) konsaltinq şirkəti son həftə Ermənistana və Azərbaycan arasında Qarabağ probleminə dair danışıqlara dair memorandum dərc edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyan açıqlama yayıb.

O bildirib ki, həmin memorandumda  Qarabağın erməni əhalisinin ən azı öz müqəddəratını təyinetmə hüququ var. “Və davam edən danışıqlar bu hüququn mənalı və səmərəli müdafiəsini təmin etməlidir”.

Həmin açıqlamada Qarabağın erməni əhalisinin ən azı daxili öz müqəddəratını təyinetmə hüququ olduğu və davam edən danışıqların bu hüququn mənalı və effektiv müdafiəsini təmin etməli olduğu vurğulanır. “Belə ki, Sovet dövründə Qarabağın muxtar statusu Qarabağ əhalisinin gələcək taleyi və statusu ilə bağlı Ermənistan və Azərbaycan arasında müzakirələrdə etalon rolunu oynamalıdır”.

Qeyd edək ki, İctimai Beynəlxalq Hüquq və Siyasət Qrupu (PILPG) sülh danışıqlarında iştirak edən tərəflərə hüquqi yardım göstərmək üzrə ixtisaslaşan şirkətdir.

P.S. İstər PİLPG, istərsə də Oskanyan ciddi bir neçə səhvə yol verirlər. Birincisi, Azərbaycan Respublikası Azərbaycan Xalq Cumhuriyyətinin qanuni varisidir. AXC dönəmində Qarabağda yaşayan ermənilərə heç bir əlavə hüquq və üstülük, o cümlədən muxtariyyət verilməyib. İkincisi, Qarabağda Muxtar Vilayət statusunu işğalçı ruslar veriblər və sovet ittifaqı isə artıq yoxdur. Əgər belə bir dövlət yoxdursa, deməli, onun qanunları da yoxdur.

Üçüncüsü, Qarabağda ən maksimum 25-30 min nəfər erməni yaşayır ki, bu da Azərbaycanın ən kiçik rayonun əhalisində qat-qat azdır. Eyni zamanda, Azərbaycan ərazisində yaşayan ermənilərin ümumi sayı digər xalqların sayından da qat-qat azdır. Onların məntiqinə görə, Azərbaycan bütün rayonlarına, hətta iri qəsəbələrinə, o cümlədən ölkədə yaşayan bütün etnik qruplara da muxtariyyət verməlidir. Bu isə mümkün deyil.

Əgər ermənilər özlərinə ikinci bir dövlət qurmaq istəyirlərsə, bunun üçün onlara “can yandıran”, az qala Azərbaycana müharibə elan edən Fransada yaxşı imkan var. Orada 600 minə yaxın erməni kompakt yaşayır. Fransızlar da həmin ermənilərə muxtariyyət, vilayət, müstəqillik versin. Rəsmi Bakının isə bununla bağlı qəti mövqeyi var: AZƏRBAYCAN TORPAQLARINDA İKİNCİ ERMƏNİ DÖVLƏTİNİN YARADILMASINA İMKAN VERİLMƏYƏCƏK.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button