GündəmManşet

“Pastinfo” saytı: “Xankəndinin süqutuna az qalıb”

Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Qarabağdakı terrorçuların 60-a yaxın mövqeyi məıhv edilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Prezidentin müşaviri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, bundan başqa düşmənin 100-ə yaxın hərbi texnikası da sıradan çıxarılıb.

Gün ərzində baş verən hadisələrlə bağlı erməni mediasının yaydığı məlumatlar isə terrorçuların durumunun daha faciəli olduğundan xəbər verir. JAMAZ.İNFO “Pastinfo”saytına istinadən xəbər verir ki, hazırda Xankəndi qaranlığa qərq olub. Sayt bildirir ki, bir neçə dəqiqə əvvəl şəhər işıqsız qalıb.

Erməni mediası yazır ki, durum acınacaqlıdır. “Xankəndinin süqutuna az qalıb. Şəhər hazırda işqsız qalıb. Atışma səsləri şəhərin yaxınlığından gəlir”.

Bu əsnada Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlıları Azərbaycan Ordusunun açdığı humanitar dəhliz vasitəsi ilə 469 mülki ermənini Qarabağdan təxliyyə edib.

Həmçinin Türkiyə Xarici İşlər Nazirliyi Qarabağdakı antiterror əməliyyatı ilə bağlı açılqlama yayaraq, “Azərbaycan öz ərazisində zəruri hesab etdiyi tədbirləri görməyə məcburdur” bəyanatını verib.

JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi Xankəndidəki hospitallarda 128 yaralı terrorçunun olduğunu bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button