Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün tərəfdarları ilə görüşdə indiyə qədər əsir götürülmüş erməni diversantların sərbəst buraxılması qarşılığında, oğlu Aşot Paşinyanı Azərbaycana verməyə hazır olduğunu bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, erməni baş nazir bunu emosional vəziyyətdə deyil, rəsmi olaraq bəyan etdiyini və Azərbaycandan cavab gözlədiyini bildirib.
Az öncə isə Nikol Paşinyanın oğlu Aşot sosial şəbəkələr vasitəsi ilə açıqlama yayıb. “Əsir götürülmüş Ermənistan əsgərlərinin azad edilməsi qarşılığında Azərbaycana yola çıxmağa hazıram. Buna hər zaman hazır olacam. Bəzi siyasii çevrələr bu mövzudan sui-istifadə edərək, vətəniomizə xidmətlər çərçivəsində öz mənliyimizi, ailəmizin qırmızı cizgilərinin olduğuna inanır. Ermənistan Rrespublikasının olduğu yerdə vətən vardır. Gələcək vardır. Bizim qırmızı cizgilərimiz yoxdur. Savaşmağa, fədakarlığa, ölməyə hazırıq”.
Aşot Paşinyan daha sonra deyib ki, bir çoxları “anlaşma” olduğunu iddia edir. “Lakin hər dəfə susdum. Bir daha deyirəm, hər an hazıram. Buraxın anlaşsınlar. Əks təqdirdə, danışıqları və ifadələrinə rəğmən, dürüstlüyümüzdən, hər şeyi fəda etməyimizdən əsla şübhə etməsinlər. Belələri, şübhə edənlər, ucuz şantajla məşğul olanlardır”.